660
Aktual 13 aprel — 01:24

ABŞ Suriyadakı kimyəvi hücumla bağlı sübutlar tapdı

Suriyanın Duma şəhərində kimyəvi hücumun qurbanı olduqları iddia edilən şəxslərdən götürülmüş nümunələrin müayinəsi müsbət nəticə verib.

Virtualaz.org bildirir ki, bu barədə MSNBC NEWS telekanalı ABŞ məmurlarına istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ-da kimyəvi silahın tətbiq olunduğu rayonda yaşayan sakinlərdən götürülmüş qan və sidik müayinələrinin nəticələri var.

Nümunələrdə xlor və sinir-paralitik maddə aşkarlanıb. Bununla belə, müayinə nəticələri kimyəvi hücum zamanı zarin qazından istifadə olunub-olunmadığını göstərmir.

Vaşinqton Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kimyəvi hücuma görə Bəşər Əsəd rejimini günahlandırır.

Ancaq kimyəvi silahdan istifadə olunub-olunmadığı ilə bağlı Kimyəvi silahların qadağan edilməsi təşkilatının yekun rəyini gözləyir. Təşkilatın ekspertləri Suriyaya aprelin 14-də gələcəklər.

Xatırladaq ki, daha əvvəl, aprelin 11-də ABŞ prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücumda  Moskvanın “əlinin” olduğunu bildirmişdi.

Xəbərlər