537
Aktual 14 mart — 01:14

Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi

Rusiyanın paytaxtı Moskvada və şəhərkənarı rayonlarda İŞİD qruplaşması tərəfdarlarını  döyüşmək məqsədilə Suriya və İraqa göndərən mütəşəkkil dəstə ifşa olunub.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya FTX-nin İctimai əlaqələr mərkəzi məlumat yayıb.

O da məlum olub ki, sözügedən radikal dəstə həm də Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlar üçün saxta sənədlər hazırlamaqla məşğul olub.

FTX və DİN əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyatın gedişatında saxta sənədlərin hazırlanması üzrə 3 laboratoriya aşkarlanıb.  Həmin obyektlərdə  dövlət sərhədindən keçməni “təsdiq edən” saxta ştamplar, möhürlər, miqrasiya kartlarının blankları, xarici dövlətlərə aid pasportların orijinalları və surətləri müsadirə olunub.

Güc strukturları reydlər zamanı 60 xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onların terrorçu qruplaşmaların emissarları ilə əlaqələri təsdiqini tapıb.

İş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlər