780
Aktual 13 fevral — 12:21

Saakaşvilini saçlarından sürüyüb apardılar

İnternetdə Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Kiyevdə saxlanılması anının videogörüntüləri yayımlanıb. Virtuala.zorg xəbər verir ki, bu videonu “Facebook” səhifəsində Saakaşvili özü yerləşdirib.

Kadrlardan göründüyü kimi, güc strukturlarının maskalı təmsilçiləri restorana daxil olurlar və bir neçə nəfəri üzüaşağı yerə uzadırlar. Bundan sonra dörd nəfər Saakaşvilini avtomobilə tərəf aparır, onlardan biri sabiq prezidenti saçlarından tutaraq dartır.

Saakaşvili videoya şərhində bildirib ki, onu döyərək hədə-qorxu gəliblər.

Xatırladaq ki, Ukraynadan Polşaya deportasiya edilən Mixail Saakaşvili elə həmin ölkədən Ukrayna ərazisinə ötən ilin payızında sərhəd qoşunlarının və daxili orqanların əməkdaşlarının səddini yararaq keçmişdi.

Xəbərlər