913
Aktual 14 yanvar — 18:05

Azərbaycan tanımadığı ölkə ilə oynamağa razılaşdı

Futbol üzrə Azərbaycan yığması hər halda 2 fevralda yoldaşlıq matçı keçirəcək. Virtualaz.org-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri Türkiyədə, Antalyadakı təlim-məşq toplanışlarından imtina edən Gürcüstanın yerinə Kosovonun milli komandası ilə oynayacaqlar. Bu haqda AFFA ilə bu dövlətin futbol federasiyası arasında ilkin razılıq əldə olunub.

Maraqlıdır ki, Azərbaycan, bir çox başqa ölkələr kimi, Kosovo Respublikasını tanımır. Bununla belə, Kosovo artıq FİFA və UEFA-nın tərkibinə daxildir, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.

Kosovodan idmançılar artıq Bakıya beynəlxalq yarışlara gəliblər. Məsələn, onlar Avropa Oyunları-2015-də iştirak ediblər. Azərbaycana Kosovonun futbolçuları da gəliblər, hansılar ki, Avropa-2019 gənclər çempionatının seçmə mərhələsində bizimlə eyni qrupda oynayırlar.

Əgər Kosovonu tanımayan, amma onların futbol yığması ilə oynamağa məcbur olan ölkələri xatırlasaq, onda Ukrayna nümunəsini yada salmaq olar. Amma dünya çempionatı-2018-in seçmə yarışında ukraynalılar Kosovoya qarşı ev matçını öz meydanlarında yox, Polşa Krakovunda keçiriblər.

Xatırladaq ki, Kosovo ilə matça qədər Azərbaycanın yığması Antalyada Moldova ilə oynayacaq. Bu oyun yanvarın 30-na planlaşdırılıb.

Virtualaz.org

Xəbərlər