445
Aktual 12 yanvar — 16:24

İlham Əliyev Davosa gedir

Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək. Bu barədə virtualaz.org-a İsveçrənin Azərbaycandakı səfiri məlumat verib.

“Xoş ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edəcək”, - cümə günü keçirilmiş brifinqdə F.Ştaller bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində İsveçrə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək.

“Həmçinin Forumda ABŞ, Çin və digər ölkələrin dövlət başçıları iştirak edəcək”, - F.Şteller qeyd edib.

Davos İqtisadi Forumu 23-26 yanvar tarixlərində baş tutacaq.

Xəbərlər