215
Aktual 12 yanvar — 10:00

Moskva Qarabağ məsələsində İtaliyanın ATƏT-dəki sədrliyinin səylərini dəstəkləyəcək

Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək.

Virtualaz.org-un məlumatına görə, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

"Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə onları yaradır", - deyə Lukaşeviç bildirib.

O həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir: “Səylər digər münaqişə zonalarında da zəifləməməlidir. Biz Kosovo probleminin BMT TŞ-nin 1244 qətnaməsi əsasında həllində maraqlıyıq. Dnestryanı bölgədəki nizamlanma prosesində də İtaliya sədrliyinin səylərini dəstəkləyəcəyik. O cümlədən Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə diskussiyaları çərçivəsində Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında dialoqun dəstəklənməsində ATƏT-in rolunu yüksək qiymətləndiririk”.   

Xəbərlər