289
Aktual 11 yanvar — 12:35

ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb

ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilir.

Ümumilikdə, səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.

Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib.

Əlavə edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır.

Xəbərlər