6427
Aktual 6 dekabr — 17:02

Ramiz Mehdiyev Fazil Məmmədovu tənqid etdi

Bu gün yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub. virtualaz.org xəbər verir ki, onu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.  Ramiz Mehdiyev keçmiş vergilər naziri Fazil Məmmədovun fəaliyyətini tənqid edib.

Yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən vergilər naziri Fazil Məmmədovu vəzifəsindən azad edib və onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib.

virtualaz.org

Xəbərlər