4282
Aktual 5 dekabr — 17:49

Fazil Məmmədov işdən çıxarıldı, yerinə Mikayıl Cabbarov təyin olundu

Ceyhun Bayramov təhsil nazirinin vəzifələrini icra edəcək.

Virtualaz.org-a məlum olduğuna görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Bayramov təhsil nazirinin vəzifələrini icra edəcək.

Bundan öncə Ceyhun Bayramov Azərbaycan təhsil nazirinin müavini vəzifəsində çalışıb.

*   *   *16:50

Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib.

Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilib.

Prezidentin sərəncamı ilə o, vergilər naziri təyin olunub.

Xəbərlər