708
Aktual 12 noyabr — 14:57

Almaniyaya Natiq Həsənov kimi vətəndaşlar lazımdır

Azərbaycandan olan 30 yaşlı miqrant Natiq Həsənov alman cəmiyyətinə inteqrasiyanın parlaq nümunəsidir.

Virtualaz.org bildirir ki, bunu “Munsterland zeitung” qəzeti yazıb.

Azərbaycanlı Almaniyaya həyat yoldaşı və bir yaşlı oğlu ilə 2014-cü ildə gəlib. Bu ailənin öz mənzili olana qədər o, Şimali Reyn-Vestfaliya federal ailəsinin müxtəlif şəhərlərində beş mənzil dəyişib. Natiq Həsənovun sözlərinə görə, bu onun ailəsi üçün ən mürəkkəb vaxt olub. İndi onlar Zyudlon şəhərciyində məskunlaşıblar.

Azərbaycandan olan miqrant danışır ki, onun üçün ən böyük problem dil baryeri idi və buna görə o, alman dilini tez öyrənməyə qərar verib. Dili öyrənməkdə ona kitablar oxuması, televiziya verilişlərinə baxması, eləcə də Azərbaycan, türk və rus dillərini bilməsi kömək edib.

"Mən çox danışmağa çalışırdım, amma bu günə kimi alman dilində daha yaxşı yazır və oxuyuram, nəinki danışıram", - Natiq Həsənov deyib.

Alman nəşri yazır ki, indi azərbaycanlı almanca heç bir aksent hiss olunmadan sərbəst danışır.

"Dil baryerinin öhdəsindən gələn azərbaycanlı daha əvvəl onun üçün yad olan ölkəyə tez alışdı və indi o, artıq Pfreundt şirkətində işləyir, hansının ki, mühəndis-mexanikləri Natiq Həsənovun işindən razıdırlar", - qəzet yazır.

Nəşr yazır ki, bu alman şirkəti əvvəl heç vaxt miqrantları işinə götürməyib.

"Biz boş vəzifələrdən birinə işçi axtarırdıq, bir gün miqrantlara kömək xidmətindən bizimlə əlaqə saxladılar və bir cavanı işə götürməyimizi xahiş etdilər. Biz onu “stajor” vəzifəsinə götürdük və o özünü anbar logistikası sahəsində yaxşı mütəxəssis kimi göstərə bildi. Amma həlledici amil Natiqin alman dilini bilməsi oldu", - şirkət nümayəndəsi Anna Şemmik deyib.

O bildirib ki, Natiq Həsənovla birinci söhbətdən onun daimi işə götürülməsinə qədər cəmi yeddi həftə keçib.

2017-ci ilin mayında isə alman hakimiyyəti Natiq Həsənova bildiriş göndərib ki, o və ailəsi Almaniyada qala bilərlər.

Virtualaz.org

Xəbərlər