2756
Aktual 5 oktyabr — 11:54

Eynulla Fətullayev Turbern Yaqlandın yaxtada fotosunu yaydı: “Yanında kim vardı, o haqda gələn dəfə :)”

Haqqin.az və virtualaz.org saytlarının təsisçisi, araşdırmaçı jurnalist Eynulla Fətullayevlə Avropa Şurasının Baş katibi Turbern Yaqland arasında sosial şəbəkələr üzərindən “atışma” davam edir. Xatırladaq ki, bu mübahisə E.Fətullayevin Avropa Şurasındakı bəzi dairələrin Azərbaycana sanksiya tətbiq etmək cəhdlərini öz məqaləsində tənqid etməsindən və bu cəhdlərin başında dayanan Yaqlandın Rusiya ilə şübhəli əlaqələrinə eyham vurmasından sonra başlamışdı. Turbern Yaqland həmin məqaləyə özünün Facebook səhifəsində cavab verib, Eynulla Fətullayevi “bloqqer” adlandırıb və onu təhqir edib.

E.Fətullayevin Yaqlanda cavab məqaləsi özünü çox gözlətməyib. Həmin məqalə artıq haqqin.az və virtualaz.org saytlarında dərc olunub. Lakin jurnalist bununla kifayətlənməyərək özünün Facebook səhifəsində T.Yaqlanda sataşmaqda davam edib və onun barəsində kompromatlara malik olduğuna eyham vurub. Belə ki, o, Avropa Şurasının Baş katibinin yaxtada dincələrkən çəkilmiş fotosunu öz səhifəsində paylaşıb və bu qeydi yazıb: “Cənab Yaqlandın yaxşı yaxtası var. Bəs o həmin yaxtada kiminləydi? Bu haqda biz gələn dəfə danışacağıq )) ”

Virtualaz.org

Xəbərlər