182
Aktual 4 oktyabr — 17:50

Qarabağ məsələsi MDB XİN başçılarının Soçi görüşündə müzakirə oluna bilər

Dağlıq Qarabağ məsələsinin MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə olunacağı istisna olunmur.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı “Xarici işlər nazirlərinin Soçi görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilirmi” sualına cavabında deyib.

Lakin o bildirib ki, bunu dəqiqləşdirmək lazımdır: “Belə bir müzakirənin keçirilməsi istisna deyil, amma dəqiqləşmə tələb edir. Mən dəqiqləşdirəcəyəm”.

Qeyd edək ki, oktyabrın 10-da Soçidə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

İclasda MDB ölkələri XİN başçıları beynəlxalq gündəlikdəki aktual məsələlər və MDB çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq niyyətindədirlər. Onlar MDB-nin fəaliyyətinin əsas istiqamətləri üzrə əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi üzrə geniş əhatəli məsələləri nəzərədən keçirəcəklər.

Xəbərlər