520
Aktual 4 oktyabr — 17:09

Rusiya Polad Bülbüloğlunu dəstəklədi

Moskva YUNESKO-nun baş direktoru vəzifəsinə iddiaçı kimi Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib.

"Seçkilər bazar ertəsi keçiriləcək. Ehtimal ki, bir neçə tur olacaq. Azərbaycan bizim prioritetimiz olaraq qalır, sonra vəziyyətə baxacağıq", - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, P.Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə 9 namizəddən biridir. YUNESKO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. Namizədlərlə İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibə keçirilib. Bu ilin oktyabrında keçiriləcək İcraiyyə Şurasının 202-ci sessiyasında gizli səsvermə olacaq. Yekun qərar isə noyabr ayında keçiriləcək YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.

Virtualaz.org

Xəbərlər