435
Aktual 4 oktyabr — 01:16

Mahmud Məmmədquliyev Avropa İttifaqı ilə danışıqlar haqda

Avropa İttifaqı (Aİ)-Azərbaycan strateji tərəfdaşlığı haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi oktyabr ayının sonunda keçiriləcək.

Virtualaz.org bildirir ki, bunu Alman Birliyi Günü münasibətilə Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə təşkil olunmuş ziyafətdə Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, həmin mərhələdə siyasi təhlükəsizlik məsələləri müzakirə ediləcək.

XİN rəhbərinin müavini bildirib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Avropa İttifaqı arasında imzalanacaq aviasiya sazişi ilə bağlı görüş oktyabrın 23-24-də Bakıda keçiriləcək.

Mahmud Məmmədquliyev həmçinin qeyd edib ki, noyabr ayında Berlində Almaniya və Azərbaycanın iqtisadi sahədə yüksək rütbəli işçi qrupunun növbəti iclası təşkil olunacaq: "Güman edirəm ki, növbəti iclas iki ölkə arasındakı iqtisadi əməkdaşlıq üçün faydalı və səmərəli olacaq".

M.Məmmədquliyev bildirib ki, Azərbaycan Almaniya ilə tərəfdaşlıqda maraqlıdır və çoxsaylı platformada qarşılıqlı dəstəyin gələcəkdə gücləndiriləcəyinə ümid edir.

Nazir müavini hər iki ölkə arasında həm enerji, həm də qeyri-enerji sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb: "Çalışmalıyıq ki, Azərbaycan və Almaniya arasında ticarət və investisiya üzrə işçi qrupun potensialından istifadə olunsun. Məhz bu iclaslar vasitəsilə mühüm məsələləri müzakirə etmək olar".

Xəbərlər